Avropa İttifaqı ölkələri ilin sonuna qədər Rusiya neftinin idxalını dayandırmaq niyyətindədir.
"Gundelik-baku.com" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Aİ-nin Rusiyaya qarşı sanksiyalarının altıncı paketinə daxil ediləcək yeni məhdudiyyətlərlə bağlı qərar gələn həftə verilə bilər. O vaxta qədər Aİ tədricən məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.
Aİ, həmçinin Rusiya və Belarusdan daha çox bankın, o cümlədən "Sberbank"ın SWIFT beynəlxalq banklararası ödəniş sistemindən çıxarılmasını tələb edəcək.