“Avropa İttifaqı Rusiyanın həm xam, həm də emal olunmuş neftinin idxalına qadağa qoymağı planlaşdırır”.
Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Brüsseldə Aİ-nin altıncı sanksiyalar paketi ilə bağlı keçirilən toplantısını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Aİ altı ay ərzində Rusiyadan xam neftin tədarükünü, 2022-ci ilin sonuna isə emal olunmuş məhsulların idxalını dayandırmaq niyyətindədir.