Braziliyanın keçmiş prezidenti Luiz İnasio Lula da Silva Rusiyanın fevralın 24-də Ukraynaya hücumları ilə bağlı diqqətçəkən açıqlamalar verib.
O, açıqlamasında Zelenskinin də Putin qədər müharibəyə görə məsuliyyət daşıdığını  bildirib. 
“Bəzən Ukrayna prezidenti Zelenskinin televiziyada çıxışına baxıram və avroplılar kimi ayaq üstə alqışlamıram. Zelenski ən azı Putin qədər Ukrayna-Rusiya müharibəsində günahkardır”, - Lula bildirib.
Rusiya prezidenti Vladimir Putinin “Ukraynaya təcavüz etməməli” olduğunu deyən Lula Rusiya-Ukrayna müharibəsində ABŞ, NATO və Avropa İttifaqının (Aİ) də günahkar olduğunu bildirib. 
Lula Ukrayna prezidenti Vladimir Zelenskini tənqid edərək, “Deyəsən, Zelenski nümayişin bir hissəsidir, sanki İngiltərə , Almaniya, Fransa və İtaliya parlamentlərində siyasi kampaniya aparır. Bu, danışıqlar masası arxasında olmalıdır”, - deyə o bildirib.