Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Luqansk vilayətində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 1 Su-25 və 1 Miq-29 qırıcısının vurulduğunu bildirib.
Konaşenkov açıqlamasında Rusiya ordusunun Ukraynadakı müharibədəki hərəkətləri barədə məlumat verib.
Rusiya qoşunlarının Ukraynadakı hücumunun davam etdiyini bildirən Konaşenkov, “Kramatorsk şəhərindəki “Enerqomaşspetstal” zavodunun yerində yerləşən Ukrayna hərbi birləşmələrinə məxsus böyük bir sursat anbarı havadan atılan yüksək atışla məhv edilib" -  deyə  bildirib. 
Rusiya hava döyüş taktiki birliklərinin gecə ərzində 24 Ukrayna hərbi elementini vurduğunu bildirən Konaşenkov, raket birləşmələrinin Donetskdəki Nikiforovka qəsəbəsi yaxınlığında S-300 hava hücumundan müdafiə raket sistemi, hərbi hissələr və texniki vasitələrin toplandığı 5 ərazini məhv etdiyini bildirib.