Suriyanın 109 km ərazisi terrorçulardan azad edilib - Ərdoğan
14-10-2019, 12:30
10 182

Suriyanın 109 km ərazisi terrorçulardan azad edilib - Ərdoğan

Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində apardığı “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatı zamanı Suriyanın 42 kəndi olmaqla ümumilikdə 109 kilometr ərazi terrorçulardan azad edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan antiterror əməliyyatı ilə bağlı İstanbulda keçirilən tədbirdə məlumat verib.
Bildirilib ki, əməliyyat başladığı gündən indiyədək Türkiyənin Şanlıurfa, Mardin, Şırnak, Gaziantep şəhərlərindəki yaşayış ərazilərinə ümumilikdə 652 top mərmisi və raket atılıb. Atılan bu partlayıcı maddələrin təxminən yarısı Mardinin Nusaybin və Kızıltepe rayonlarına düşüb. Nəticədə uşaqlar da daxil olmaqla 18 vətəndaş həlak olub, 147 nəfər yaralanıb.
Əməliyyatlar zamanı Türk Silahlı Qüvvələri və Suriya Milli Ordusunun ümumilikdə 18 əsgəri şəhid olub. Davam edən əməliyyat zamanı indiyədək 490 terrorçu zərirsizləşdirilib. Onlardan 440 ölüb, 26-sı isə yaralı olaraq ələ keçirilib. 24 terrorçu təslim olub.
Ölkə başçısı sosial mediada əməliyyat barədə səhv məlumat yayan və terror təşkilatlarının təbliğatı ilə məşğul olan 129 nəfərin saxlanıldığını, 589 nəfər haqqında lazimi tədbirlərin görüldüyünü bildirib.
“Vacib olan az itki ilə əməliyyatı tamamlamaqdır”, - deyə vurğulayan R.T.Ərdoğan hədəfin Türkiyə-Suriya sərhədindən 30-35 kilometrədək Suriya ərazisinə doğru irəliləmək olduğunu qeyd edib.
Əməliyyatlar uğurla davam etdirilir.

Oxşar xəbərlər

“Barış pınarı”: 611 terrorçu zərərsizləşdirilib
Türkiyə Ordusu Suriyada daha bir yaşayış məntəqəsini terrorçulardan təmizlədi
“Barış pınarı”: 702 terrorçu zərərsizləşdirilib
Türk ordusu 30 kilometr irəlilədi: Hədəf məhv edildi
Suriyada qızğın döyüşlər: Bu magistrala nəzarət ələ keçirildi
7 kənd azad edildi, 100-dən artıq terrorçu öldürüldü, türk ordusu...
Suriyada türk əsgəri şəhid oldu
Ərdoğan: "750 İŞİD-çidən 195-i Türkiyə Silahlı Qüvvələri tərəfindən tutulub"
“İstədiklərimizi aldıq” - Çavuşoğlu detalları açıqladı
Türkiyənin “Sülh bulağı” əməliyyatından ilk görüntülər
Dünyanın gözü ORA DİKİLDİ: bu gün saat 23:00-da...
Zərərsizləşdirilən terrorçuların sayı 650-ni keçdi - "Barış Pınarı" hərəkatında
Putinlə 6 saatlıq görüş: Ərdoğan tarixi razılaşmanı açıqladı
Ərdoğandan təcili toplantı
Ərdoğan elan etdi, Türkiyə rəsmən MÜHARİBƏYƏ BAŞLADI
Türkiyənin hərbi hissəsi raket zərbəsinə tutuldu: yaralılar var
Türkiyəyə dəhşətli hücum - 6 şəhid, 70 yaralı
Suriyaya yaxın məktəblərdə tətil elan edildi
Suriya Milli Ordusu Türkiyəyə gəlir: Gözlənilməz həmlə...
Ərdoğan: “Bir kərə yüksələn bayraq bir daha enməz”
“Əsəd istəməsə Rusiya Suriyadan çıxacaq” - Putin Türkiyəyə dolayısı ilə etiraz etdi
İŞİD yenidən baş qaldırdı – 15 Suriya döyüşçüsü həlak oldu
Türkiyə ordusunun generalı Suriyada vəfat edib
“Bir az qırağa durun” – Ərdoğandan sərt çıxış
SON DƏQİQƏ: Türk ordusu Suriyaya girdi, 14 min əsgər... - FOTO
Pakistandan Türkiyəyə dəstək: Ən qısa zamanda...
Merkel Ərdoğana zəng vurdu - “Hücumu dərhal dayandırın”
"Cəhənnəmdən gəlmə" sanksiyalar Konqresdə: Ərdoğan, köməkçisi və nazirlər... - 90 gün VAXT VERİLDİ
Suriyanın şimalında partlayışlar törədilib, ölən və yaralılar var
Ərdoğan Avropanı hədələdi: Bir daha işğal desəniz…