Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Putinlə görüşə hazır olduğunu bildirib.
O, bu  barədə İtaliyanın “Rai” dövlət televiziyasına danışıb.
Rusiya prezidenti Putinlə görüşməyə hazır olduğuna işarə edən Zelenski , “Razılığa gəlməliyik” deyərək, mümkün görüşdə heç bir ilkin şərtin qoyulmaması lazım olduğunu vurğulayıb.
Zelenski 2014-cü ildə Rusiya tərəfindən qanunsuz ilhaq edilmiş Ukrayna ərazisi olan Krım məsələsinə də toxunub.
"Ukrayna heç vaxt Krımı Rusiya ərazisi kimi tanımayacaq", - deyə Zelenski  bildirib. 
Rusiyanın Ukraynanın qonşusu olduğuna diqqət çəkən Vladimir Zelenski, “Rusiyanın gələcəyini düşünməliyik, gələcəkdə başqa dövlət başçıları və yeni nəsillər də olacaq”, - deyib.