Türkiyədə vətəndaşlıq almaq üçün alınmalı olan daşınmaz əmlakın dəyəri artırılıb. 
Bizim.media xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. 
Belə ki, bir ay sonra qüvvəyə minəcək qərara əsasən, Türkiyə vətəndaşlığı almaq istəyən əcnəbilər ölkədə azı 400 min dollar dəyərində daşınmaz əmlak almalıdırlar. 
Qeyd edək ki, daha əvvəl Türkiyə vətəndaşlığı almaq üçün 250 min dollar dəyərində daşınmaz əmlak almaq tələb olunurdu.