Finlandiya NATO-ya üzv olmaq qərarına gəlib.
Bu barədə Finlandiya hökumətinin 15 may 2022-ci tarixli bəyanatında deyilir. Həmçinin, Finlandiya Prezidenti Sauli Niiniste də keçirdiyi brifinqdə ölkənin Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etdiyini açıqlayıb: "Bu gün Prezident və Xarici və Təhlükəsizlik Siyasəti Komitəsi Finlandiyanın NATO-ya üzvlük üçün müraciət edəcəyi barədə qərar qəbul edib". Qeyd edək ki, rəsmi Moskva bu proseslərin əvvəlindən bu yana Finlandiya və İsveçin NATO-ya üzv olmasını özünün təhlükəsizliyi üçün təhdid hesab etdiyini bildirir. Hətta 12 may tarixində Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski alyansı hədələmişdi: “İsveç və Finlandiyanın NATO-ya daxil olması və sonradan alyans bölmələrinin orada yerləşdirilməsi bu əraziləri Rusiya ordusu üçün mümkün hədəflərə çevirəcək”. Lakin bu təhdidlərə baxmayaraq, Finlandiya geri addım atmadı və NATO-ya üzvlüklə bağlı müraciət etdi. İndi isə Vladimir Putinin hansı addımları ata biləcəyi müzakirə mövzusuna çevrilib.
Ümumiyyətlə, Finlandiyanın bəyanatından sonra Putinin qərarı nə ola bilər?
Bununla bağlı “Cümhuriyət”ə açıqlama verən politoloq Natiq Miri deyib ki, Rusiya rəhbərliyinin atacağı addımlar iqtisadi cəhətdən müəyyən məhdudiyyətlərdən ibarət ola bilər:
“Artıq Rusiyadan Finlandiyaya verilən elektrik enerjisi də dayandırılıb. Bu yöndə başqa məhdudiyyətlər də tətbiq oluna bilər, amma bunlar Finlandiya üçün o qədər də çəkindirici məqam deyil. Rusiyanın sərt bəyanatların isə arxasında hansısa hərbi müdaxilənin olacağını iddia etmək mümkün deyil. Çünki Rusiya bunun üçün Ukrayna bataqlığından bütün ordusunu çəkmək məcburiyyətindədir. Yəni Kreml Finlandiya və İsveçə qarşı xüsusi hərbi əməliyyatlar keçirmək üçün bu addımı atmalıdır. Lakin bu, mümkün deyil. Nəzərə almaq lazımdır ki, Rusiya bu gün Ukraynada çox ciddi bir məğlubiyyətlə üz-üzədir. Hətta Xarkovdakı Ukrayna qüvvələri artıq Rusiya sərhədinə çatıblar. Düşünürəm ki, bu vəziyyət digər bölgələrdə də baş verə bilər. Yəni bu məğlubiyyət fonunda Rusiyanın ordusunu Ukraynadan çəkərək Skandinaviya ölkələrinə qarşı yönəltməsi gülünc olar”.
Politoloq hesab edir ki, rusiyalı rəsmilərin açıqlamaları sadəcə sözdən ibarətdir:
“Rusiya dövlət rəsmiləri Ukraynadakı müharibə başlayandan bəri çox sərt açıqlamalar verir. Ancaq bu sərt açıqlamaların arxasında heç bir əməli fəaliyyət dayanmır. Bunun üçün potensial güc olmalıdır. Bu gün Rusiyanın iddiaları ilə imkanları arasında böyük bir ziddiyyət var. Olmayan imkanlar fonunda böyük iddialarla çıxış etmək absurddur. Üstəlik, ABŞ və NATO Rusiyanın bu bəyanatlarına ümumiyyətlə fikir vermir”.
Putin ciddi qərar ərəfəsində: Kreml rəhbəri nə deyəcək?
17
may
11:01

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Finlandiya Prezidenti: "NATO-ya üzvlük heç kimə qarşı yönəlməyib"
Bu ölkələr NATO-ya üzv olacaq
Avstriya NATO-ya üzv olmayacaq
İsveç NATO-ya üzvlüklə bağlı yekun qərarını verdi
Rusiya Finlandiya ilə sərhədə hərbi texnika toplayır
Finlandiyanın NATO-ya üzv olmasına Çindən rəsmi münasibət
Rusiyadan Finlandiyaya TƏHDİD: "NATO-ya üzv olsanız..."
Ərdoğan çıxışı Qərbi silkələdi: Türkiyə razılıq verməsə...
Ərdoğan: “Finlandiya və İsveçin NATO-ya daxil olmasına müsbət baxmırıq”
Rusiya Finlandiyanı hədələyib
NATO XİN başçılarının iclası keçiriləcək
NATO Finlandiya və İsveçlə bağlı açıqlama verdi
"İsveçə hücum olsa, Britaniya köməyə gedəcək"
Peskov NATO-nun Baş katibinə CAVAB VERDİ
Rusiya bu ölkəni Ukraynada etdikləri ilə hədələdi
Bu ölkə Rusiya və Belarusla poçt əlaqəsini dayandırdı
NATO: "Bir çox sahələrdə Azərbaycanla əməkdaşlığa davam edəcəyik"
Rusiya bu ölkənin hava məkanını pozdu - "Cavab verə bilərik"
Finlandiya Rusiya ilə sərhəddə hasar çəkəcək
"Rusiya NATO-ya birbaşa təhlükə yaradacaq" - Rusiya XİN
Rusiya ABŞ-a XƏBƏRDARLIQ ETDİ
Lavrov NATO-nun bu addımına ETİRAz ETDİ
"Biz Rusiyanın geri çəkildiyini görmədik" - NATO
Finlandiya Prezidenti koronavirusa yoluxdu
Putin NATO-ya sövdələşmə TƏKLİF ETDİ
Putin elan etdi: "Bu halda müharibə başlayacaq"
Finlandiya Putinə yaxın olan iki rusiyalının əmlakını müsadirə etdi
"Cavab verəcəyik” - Putindən NATO-ya XƏBƏRDARLIQ
NATO Ukrayna səmasını bağlamayacaq
Sülh üçün iki TƏKLİF: Zelenski də razıdır
- Cüdo məşqçisi qəza nəticəsində ÖLÜB
- Şuşada türkdilli dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilir
- Ukraynanın Lisiçansk şəhəri Rusların əlinə keçdi
- Baku Bus MMC-nin əməkdaşı ürəyindən bıçaqlandı
- I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır
- 8 Noyabr prospektində QƏZA: Piyada öldü
- Yunanıstanda güclü meşə yanğınları başlayıb
- Bakıda teplovozda yanğın olub
- Zaqatalada leysan yağışları təsərrüfata ziyan vurub
- Yevlaxda maşın piyadanı vurub ÖLDÜRDÜ
- Bu xəstəxanada sağlam adam dəli olar - BU DA FAKT!!!
- Bakıda məşhur marketdə 28 nəfər zəhərlənib
- Azərbaycan nefti bahalaşdı
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Misirdə akula turist qadını parçaladı - Video
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- “Avtodetal”ın sahibi Əfqan Abdullayev həbs olundu… - Şirkətin bütün işçiləri məsuliyyətə cəlb oluna bilər...
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Bazar günü hava necə olacaq?