Kiyev vilayətinin Makarov yaxınlığında ruslar tərəfindən güllələnmiş vətəndaşların kütləvi məzarlığı tapılıb.
Bu barədə Kiyev vilayətinin polis rəisi Andrey Nebitov məlumat yayıb.
Belə ki, döyüşlər zamanı rus mövqelərinin yerləşdiyi Makarov yaxınlığındakı dairəvi yolun hər iki tərəfində işğalçılar tərəfindən öldürülən 3 dinc sakin basdırılıb. 
Çuxurda biri əcnəbi olmaqla üç kişinin cəsədi olub. Ölənlər işğalçılar tərəfindən bədənin müxtəlif nahiyələrindən güllələnib. Məzarlığın yaxınlığında işğalçılardan qalan F-1 qumbarası olan streymer aşkar edilib. 
"İki nəfər başından, bir nəfər qarın nahiyəsindən güllələnib.Dəfn olunan yerdə ölənlərdən birinin - Çexiya vətəndaşının sənədləri tapılıb. Digər iki nəfərin şəxsiyyəti hələ ki, müəyyən edilməyib", - Nebitov bildirib.
Polis həmçinin Rakivka kəndi yaxınlığında daha bir yerli sakinin cəsədini tapıb. İşğalçıların qurbanı polisin təqaüddə olan keçmiş əməliyyatçısı olub. İşğal zamanı kişi odun üçün çölə çıxıb və geri qayıtmayıb. Məlum olub ki, Rusiya Federasiyasının əsgərləri kişini soyunduraraq güllələyiblər. Mərhum işğalçıların döyüş mövqeləri yaxınlığındakı tarlada dəfn edilib.
  • Kiyevdə daha bir kütləvi məzarlıq aşkarlandı - FOTO