Xəbər verdiyimiz kimi,  səhər saatlarından etibarən İrəvanda “Müqavimət” hərəkatının iştirakçıları İrəvanda itaətsizlik aksiyası keçirir, müxtəlif yerlərdə küçələri bağlayır.
Erməni KİV xəbər verir  ki, əraziyə cəlb olunan  polis qüvvələri  itaətsizlik aksiyası keçirən 155 nəfəri saxlayıb. 
Qeyd edək ki, “Müqavimət” hərəkatı Nikol Paşinyanın istefasını tələb edərək səhər tezdən itaətsizlik aksiyalarını bərpa edib. 
**** 09:07
Bu gün səhər saatlarından Ermənistanda aksiya keçirən “Müqavimət” hərəkatının üzvləri İrəvanın Maştots prospektinə hava limanına gedən yolu yenidən bağlayıblar.
Hadisə yerinə gələn polis nümayişçiləri ərazidən uzaqlaşdırıb, bəzi fəallar isə saxlanılıb.
Saxlanılanlar arasında Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Köçəryanın oğlu Levon Köçəryan da var. 
Qeyd edək ki, “Müqavimət” hərəkatı səhər saat 8-dən bütün paytaxtda dinc itaətsizlik aksiyalarına başlayıb.
  • Köçəryanın oğlu və 155 nəfər SAXLANILDI (YENİLƏNİB-FOTO)