Əfqanıstandakı “Taliban” hökuməti ölkənin ikipalatalı parlamenti olan Milli Şuranı, həmçinin Milli Barışıq, İnsan Hüquqları şuralarını və Konstitusiyanın icrasına nəzarət üzrə Komissiyanı buraxıb.
Xarici KİV xəbər verir ki, bu barədə “Taliban” hərəkatının lideri Heybətullah Axundzadənin göstərişi ilə Əfqanıstanın de-fakto hökumət başçısı Məhəmməd Həsən Axund qərar imzalayıb.
Adları çəkilən qurumların buraxılması dövlət büdcəsinə qənaətlə əlaqələndirilib.