Beyləqanda yanğın olub, xəsarət alan var.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Yeni Mil qəsəbəsində həyətyanı sahədə 9 ton ot bağlamasının 2 tonu yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.