İranın İlam əyalətində silahlı naməlum şəxs dövlət idarəsində insanları girov götürüb.
Xarici KİV xəbər verir ki,  silahlı şəxs insanlara atəş açaraq 3 nəfəri öldürüb, 5 nəfəri yaralayıb. Daha sonra o intihar edib. 
Hadisə yerinə polis və təhlükəsizlik qüvvələri gəlib.  Ölən və yaralanan şəxslərin idarənin işçiləri olduğu açıqlanıb.
 Faktla bağlı araşdırma aparılır.