“Rusiyanın Mariupol və Luqansk bölgələrində minlərlə çeçen döyüşçüsündən istifadə etdiyi güman edilir ki, bu da Ukraynadakı əhəmiyyətli resurs problemlərini üzə çıxarır”.
“BBC” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya qüvvələrinin Mariupolu on həftədən çox mühasirəyə almasına baxmayaraq Ukraynanın qatı müqaviməti Rusiyanın şəhər üzərində tam nəzarəti ələ keçirmək imkanını ləngitdi. Bu, onun əsas şəhəri ələ keçirmək cəhdlərini puça çıxartdı və Rusiya qüvvələri arasında baha başa gələn şəxsi heyət itkisinə səbəb oldu”, - məlumatda bildirilib.
Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat məlumatlarında deyilib ki, bu, Rusiyanın köməkçi heyətdən əhəmiyyətli dərəcədə istifadəsinə gətirib çıxarıb:
“Bu qüvvələr çox güman ki, həm fərdi könüllülərdən, həm də müntəzəm olaraq Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun hakimiyyətini təmin etməyə həsr olunmuş Milli Qvardiya bölmələrindən ibarətdir. Kadırov çox güman ki, əmisi oğlu Mariupolda çeçen səhra komandiri kimi fəaliyyət göstərdiyi üçün yerləşdirməyə yaxından şəxsən özü nəzarət edir”.