Trampın təhdidinə Ankaradan CAVAB
14-10-2019, 13:00
10 317

Trampın təhdidinə Ankaradan CAVAB

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampın "Türkiyə və kürdlər arasında vasitəçilik edə bilərik" sözlərinə cavab verib.
Gundelik-Baki.com xəbər verir ki, "Deutsche Welle" nəşrinə müsahibə verən Çavuşoğlu Ankaranın terrorçularla danışıqlar aparmayacağını bildirib.
"Biz terrorçularla vasitəçilik etmərik, müzakirələr aparmarıq. Ediləcək tək şey var: terrorçuların silahı buraxması. Biz keçmişdə Türkiyədə siyasi həlli sınadıq və nəyin baş verdiyini gördük. Onlar silahı buraxmadılar və yumşaqlığımızdan çox ciddi şəkildə sui-istifadə edərək şəhərlərdə nələr etdiklərini gördük", - o deyib.
ABŞ-ın sanksiya təhdidindən danışan Çavuşoğlu vurğulayıb ki, bununla heç bir yerə çatmaq mümkün deyil.
"Sanksiyalardan qorxsaydıq, bu hərəkatı başlatmazdık. Milli təhlükəsizlik məsələsi bizim üçün həyati dərəcədə əhəmiyyətlidir", - türkiyəli nazir qeyd edib.
Xatırladaq ki, ABŞ prezidenti Türkiyənin Suriyanın şimalında keçirdiyi "Sülh çeşməsi" əməliyyati ilə əlaqədar təhdid xarakterli açıqlama vermiş, ABŞ qarşısında üç variantın olduğunu bildirmişdi.
"İndi Türkiyə kürdlərə hücum edir, bu ikili 200 ildir bir-biri ilə döyüşür. İndi bizim üç variantımız var: Ya ora əsgər göndərəcəyik və hərbi olaraq qazanacağıq, ya Türkiyəni maliyyə olaraq və sanksiyalarla sərt bir şəkildə vuracağıq, ya da Türkiyə və kürdlər arasında bir razılaşma üçün vasitəçilik edəcəyik!", - Tramp tvitterdə yazmışdı. 

Oxşar xəbərlər

“İstədiklərimizi aldıq” - Çavuşoğlu detalları açıqladı
Trampın köməkçisi təcili Türkiyəyə gəldi - Bu səbəbə görə
Türkiyəli nazir Azərbaycanı təbrik etdi
Dünyanın gözü ORA DİKİLDİ: bu gün saat 23:00-da...
Trampdan təhdid kimi açıqlama: Türkiyə ilə bağlı 3 variantımız var
Rusiyadan PKK və Əsədə - Şok çağırış
Ərdoğan Trampın məktubunu zibil qutusuna atdı
Putinlə 6 saatlıq görüş: Ərdoğan tarixi razılaşmanı açıqladı
Pakistandan Türkiyəyə dəstək: Ən qısa zamanda...
“Barış pınarı”: 611 terrorçu zərərsizləşdirilib
Ərdoğanı ABŞ-da belə qarşıladılar
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi
ABŞ-dan şok Türkiyə təlimatı: Vəziyyət ciddiləşir
“Barış pınarı”: 702 terrorçu zərərsizləşdirilib
Türkiyə Prezidenti BU TARİXDƏ ABŞ-a səfər edəcək
Putin Ərdoğanın müdafiəsinə qalxdı - Trampa sərt cavab
Hərəkətə keçməyimiz an məsələsidir - Ərdoğan sərt danışdı
Türk ordusu 30 kilometr irəlilədi: Hədəf məhv edildi
İran Mərkəzi Bankının vurulmasına Tehrandan cavab
Türkiyənin energetika naziri: "TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib"
“Çoxu Türkiyənin ABŞ-ın vacib ticarət tərəfdaşı olduğunu unudur” - Tramp
Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşdü
Trampın məsləhətçisi: Yaya qədər hər beşinci amerikalı işsiz qala bilər
Türkiyənin hərbi hissəsi raket zərbəsinə tutuldu: yaralılar var
Bu ölkədən Türkiyəyə dəstək gəldi: Dünyanın imperatoru...
"Cəhənnəmdən gəlmə" sanksiyalar Konqresdə: Ərdoğan, köməkçisi və nazirlər... - 90 gün VAXT VERİLDİ
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
Türkiyəli nazir Peşə Təhsil Mərkəzində oldu
Trampın məsləhətçisi istefa verdi
3 ölkə bir araya gəldi: Türkiyənin əməliyyatına qarşı...