Nepalın şimal-qərbində “Tara Air” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğradığı yerdə axtarış-xilasetmə əməliyyatı zamanı azı 14 cəsəd tapılıb.
Bu barədə “The Kathmandu Post” hava daşıyıcısının rəsmi nümayəndəsi Sudarşan Bartauluya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, təyyarə dağa çırpılıb və 100 metr radiusda parçalanıb: “Ölənlərin cəsədlərinin axtarışı davam edir”.
Təyyarənin qalıqları bu gün Nepalın şimal-qərbində Mustanq bölgəsində aşkar edilib.
Qeyd edək ki, ötən gün səhər Kanada istehsalı olan “Twin Otter” təyyarəsi Pokhara hava limanından Comsoma uçuş edib və bir neçə dəqiqə sonra onunla əlaqə kəsilib. Təyyarədə 22 nəfər olub. Onların arasında 13 Nepal, dörd Hindistan və iki Almaniya vətəndaşı olub.