Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanskiyalar paketini tətbiq etsə də, Macarıstan və Çexiya əvvəlkitək Rusiyadan neft ala biləcək.

"RİA Novosti” xəbər verir ki, bu barədə məlumatı Belçikanın Baş naziri Aleksandr de Kroo açıqlayıb.

"Macarıstan və Çexiyaya xüsusi istisnalar ediləcək”, - deyə Baş nazir söyləyib.

Məlumata görə, Çexiya müvəqqəti olaraq Rusiyadan neft ala biləcək. Macarıstana isə öz neft emalı gücünü artırmaq üçün möhlət müddəti veriləcək.

Kroo, həmçinin qeyd edib ki, Rusiya neftindən özü imtina etməyən ölkələr başqa mənbələrdən Rusiya neftini ala bilərlər.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) liderləri Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gəlib. Sözügedən sanksiyalar Rusiyadan neft idxalına qadağa qoymağa imkan verəcək. Belə ki, indiki mərhələdə sanksiyalar Rusiyadan neft idxalının 75%-nə şamil olunacaq. İlin sonuna qədər isə qadağa Avropaya idxal edilən Rusiya neftinin 90%-nə qoyulacaq.