İtaliya iyunun 1-dən ölkəyə gələn turistlərə tətbiq edilən bütün anti-koronavirus məhdudiyyətlərini ləğv edib.
RAI xəbər verir ki, artıq turistlərdən artıq peyvənd sertifikatı, mənfi PCR testi və ya şəxsin koronavirusa yoluxduğu və sağaldığına dair arayış tələb olunmayacaq.
İyunun 15-dən teatrlarda, kinoteatrlarda və qapalı tədbirlərdə maska taxmaq tələbi də ləğv ediləcək.
Mayın 31-də müddəti başa çatan “Yaşıl pasportlar”ın (Vaksin pasportu – red.) müddəti də uzadılmayacaq.