Rusiya Strateji Raket Qüvvələrinin bölməsi “Yars” qitələrarası ballistik raket kompleksinin döyüş patrulunda hərbi təlim keçirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 
"Rusiya Strateji Raket Qüvvələrinin Teyskovo bölməsi İvonovo vilayətində “Yars” raketinin buraxılış sistemlərinin döyüş patrul marşrutlarında manevrlər həyata keçirib. Təlimdə 1000-ə yaxın əsgər və 100-dən çox hərbi texniki vasitənin iştirak edib" -  deyə  məlumat deyilir. 
Bildirək ki, Rusiya Strateji Raket Qüvvələri mümkün təcavüzün nüvə qarşısını almaq üçün Rusiya ordusunun strateji nüvə qüvvələrinin əsas komponenti kimi xidmət edir və daim müharibəyə hazır olan qoşunlardan ibarətdir.