Türkiyənin Litvaya “Bayraktar TB2” zərbə pilotsuz uçuş aparatları (PUA) satması ilə bağlı razılıq əldə olunub.
Xarici KİV xəbər verir ki, iki ölkənin nümayəndələri Ankarada bir araya gəliblər və Litvaya “Bayraktar TB2” zərbə PUA-ları satmağa icazə verən sənədi imzalayıblar.
Türkiyə silahlarının əldə edilməsinə dair niyyət protokolunu müdafiə nazirinin müavini Vilüs Semeşko və Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir imzalayıblar.