Rusiyanın ikinci ən varlı adamı kimi tanınan rus oliqarx Leonid Mixelsonun 2 həftədir yoxa çıxan 150 milyon dollarlıq lüks yaxtası Türkiyədə görüntülənib. 
Xarici KİV xəbər verir  ki, Baham adalarından Barselonaya getdiyi bilinən Mikhelsonun lüks yaxtası "Pacific" Türkiyəyə gəlib.
ABŞ və Avropa Birliyi ölkələri sanksiyalar tətbiq etdikdən sonra rus oliqarxları öz qayıqlarını və sərvətlərini sanksiyalardan xilas etməyə çalışıblar. Bildirilib ki, təxminən bir ay 7 min dəniz mili qət etdikdən sonra "Pacific" adlı lüks qayıq Marmarisə çatıb.
Beynəlxalq dəniz qanunlarına görə, avtomatik yerləşdirmə sistemini söndürərək gizli şəkildə okeanı və açıq dənizi keçən 85 metr uzunluğundakı lüks yaxta beləliklə sanksiyadan yan kerçməyi bacarıb.
Fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra ABŞ, İtaliya və digər Avropa hökumətləri onlarla dəbdəbəli yaxta və təxminən 2,3 milyon dollar dəyərində avtomobili müsadirə edib.  
Qeyd edək ki,  rusiyalı milyarderlər Aleksandr Abramov, Roman Abramoviç və Oleq Deripaskanın milyonlarla dollarlıq yaxtaları da bir müddət əvvəl Türkiyənin ərazi sularına daxil olub.