Rusiya və Ukrayna 320 cəsəd mübadiləsi aparıb.
 Rusiyanın Birinci Kanalının hərbi müxbiri İrina Kuksenkovanın sözlərinə görə, bu gün Rusiya və Ukrayna arasında cəsəd mübadiləsi aparılıb.
Rusiya 160 cəsədi qarşı tərəfə, Ukrayna isə buna cavab olaraq 160 rus əsgərinin cəsədini Rusiyaya təhvil verib.
Mübadilə Zaporojye vilayətinin təmas xəttində baş tutub.