Ukraynada Putin Partiyasının 17 qolu fəaliyyət göstərir.
Bu barədə "YouControl" məlumat yayıb.
Rusiya prezidentinin adını daşıyan partiya hücrələrinin ən çoxu hazırda işğal altında olan Krımda qeydə alınıb. Bununla belə, onlar Ukraynanın digər bölgələrində də var: Nikolaev bölgəsində iki, Kiyev, Odessa, Donetsk, Raxiv, Poltava, Xarkov, Xerson və Xmelnitskidə hərəyə bir və s. 
Qeyd edək ki, Putin Partiyası Ukraynada genişmiqyaslı işğaldan xeyli əvvəl yaradılıb. O, 2003-cü ildə yaradılan və postsovet ölkələrinin iqtisadi inteqrasiyasını müdafiə edən “Vahid Rusiya” siyasi gücünün varisidir. 
  • Ukraynada Putin Partiyasının 17 qolu var