Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenə və bütün Amerika xalqına Ukrayna üçün 450 milyon dollarlıq yeni müdafiə paketinə görə təşəkkür edib.
Bu barədə dövlət başçısı “Twitter” səhifəsində yazıb. 
"Biz ABŞ prezidenti Co Baydenə və Amerika xalqına Ukraynaya daha 450 milyon dollarlıq müdafiə yardımı paketi vermək qərarına görə minnətdarıq. Əlavə HIMARS da daxil olmaqla, bu dəstək həmişəkindən daha vacibdir. Birgə səylərlə biz Ukrayna torpaqlarını rus təcavüzkarından azad edəcəyik”, - deyə Zelenski bildirib.


Zelenski növbəti dəfə ABŞ-a  təşəkkür etdi - FOTO