Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirir ki, Ukrayna Silahlı Qüvvələri ağır silahlarda Rusiya qüvvələri ilə müqayisə etmək üçün hələ də beynəlxalq hərbi yardıma malik deyil.
O, bu barədə “Twitter” səhifəsində yazıb. 
"Təəssüf ki, ağır silahlarda düşmənlə paritet əldə etmək üçün bizə verilən yardım hələ də kifayət etmir. Biz bütün tərəfdaşlarımıza minnətdarıq və ümid edirik ki, paritet əldə olunacaq", - Danilov bildirib.
Milli Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, “Bizi çox çətin müharibə gözləyir və ölkəmizi bizdən başqa heç kim müdafiə etməyəcək”.