Rusiyanın Tobolsk şəhərində “Laskovı May” qrupunun mərhum solistinə həsr olunmuş rəmzi  memorial qarət edilib.
Yenisabah.az cosmo.ru-ya istinadla xəbər verir ki, yerli sakinlərin şübhəsi 2 yeniyetmənin üzərinə düşüb.
Yuri Şatunovun qəfil ölümü milyonlarla pərəstişkarının ruhunda ağrı ilə əks-səda verib. Rusiyanın bir çox şəhərlərində xalqın sevimlisinin xatirəsinə rəmzi xatirə-məzarlar peyda olub. 
Vandalizm aktından əvvəl Şatunovun çərçivəli fotoşəkilləri, həmçinin onun oxuduğu ağ qızılgüllər olan masa düzəldilib. Lakin abidə qarət edilib.
Yuri Şatunovun xatirəsinin təhqir edilməsi Tobolsk sakinlərini qəzəbləndirib.