SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib.
"Zvezda" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü Ruslan Qrinberq məlumat yayıb.
O, Qorbaçovun durumundan danışıb. Bir gün əvvəl Qrinberq siyasətçiyə Mərkəzi Klinik Xəstəxanada (CCH) baş çəkib.
91 yaşlı Qorbaçov şəkər xəstəsidir, böyrəklərində problem var, dializdən keçir. 
“O, nadir hallarda çarpayıdan qalxır. Unutqanlığı var”, – deyə iqtisadçı-alim vurğulayıb.
SSRİ-nin keçmiş prezidenti üç ilə yaxındır ki, xəstəxanada yaşayır:
"Orada yaxşı şəraiti var, ona yaxşı baxırlar və o, buna çox öyrəşib”.