Rusiyada son sutkada koronavirusa 3285 yeni yoluxma faktı aşkarlanıb.
Bu barədə ölkənin COVID-19 üzrə federal operativ qərargahı məlumat yayıb.
Beləliklə, bütün pandemiya dövründə yoluxma hallarının sayı 18 436 679 nəfərə, sağalanlar isə 17 865 093 nəfərə çatıb.
Gün ərzində xəstəlik 51 rusiyalının həyatına son qoyub.
Rusiya Federasiyasında virusdan ümumən 381 216 nəfər dünyasını dəyişib.