Yunanıstanın Peloponnes yarımadasının şimal-qərbində yerləşən Elida (İlia) bölgəsində güclü meşə yanğını başlayıb.
Bu barədə məlumatı Yunanıstan Yanğından Mühafizə Xidməti verib. 
Məlumata görə,  yanğının söndürülməsinə 195 yanğınsöndürən, 7 piyada qrupu və 48 texnika iştirak edir.
Yanğın yaşayış məntəqələrinə təhlükə yaratdığı üçün 4 kəndin sakinləri təxliyə edilib.
Gecəyə yaxın yanğının söndürülməsində altı təyyarə və beş helikopter iştirak edib.