İlan adası rəsmən Ukraynanın yurisdiksiyasına qaytarılıb. 
Bu barədə Cənubi Ukrayna Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Nataliya Humenyuk məlumat verib.
"İlan adasında Ukrayna bayrağı quraşdırılıb. Hərbi əməliyyat başa çatıb və ərazi indi Ukraynanın yurisdiksiyasına qaytarılıb", - o deyib.
Qeyd edək ki, 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğalın ilk günlərində rus işğalçıları Ukraynanın Qara dənizdəki İlan adasını ələ keçiriblər.
İyunun 30-da Rusiya qoşunlarının  fevralın 24-də - tammiqyaslı müharibənin başlanğıcında ələ keçirdiyi İlan adasından  çıxarılmasını təsdiqlənib.