Məşhur müğənni Murad Dalkılıç ötən gün baş tutan konsertinə gecikdiyi üçün maraqlı anlar yaşanıb. 
Türkiyə KİV xəbər verir ki, bu səbəbdən ölkənin baş naziri Binali Yıldırım səhnəyə çıxaraq mahnı söyləməyə başlayıb.
O səhnədə "Murad Dalkılıç 5 dəqiqəyə gəlir. Mən də o boşluğu doldururam" sözlərini işlədib. Bundan əlavə B.Yıldırım daha sonra "Erzincana girdim, ne güzel bağlar" mahnısını səsləndirib.
Baş nazirin bu hərəkəti alqışla qarşılanıb.