Gürcüstan hökumətinin qərarına əsasən, bu gündən etibarən 4 iyul 2023-cü il tarixinədək ölkədən buğda və arpa ixracı qadağan edilib.
Bu barədə Gürcüstanın yerli KİV-lərində qeyd olunub. 
Bir neçə gün əvvəl Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri Otar Şamugia bu qərarın səbəbinin ölkənin ərzaq təhlükəsizliyini təmin etmək olduğunu açıqlamışdı.
Nazirin sözlərinə görə, yerli istehsal olunan buğda və arpanın yalnız daxili bazarda satılması vacibdir.