Rusiya Hava Kosmik Qüvvələri ötən gün Ukraynanın Xerson vilayəti üzərində səmada hava döyüşü zamanı Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 hücum təyyarəsini vurub.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

"Xerson vilayətinin Novoarbatskoye qəsəbəsi ərazisində hava döyüşü nəticəsində Rusiya qırıcısı Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsini vurub. Bundan əlavə, Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 3 pilotsuz uçuş aparatını, 3 "Toçka-U" taktiki raketini və 8 reaktiv yaylım atəşi sisteminin mərmisini vurub", deyə Rusiya MN-nin yaydığı məlumatda qeyd olunub.