"2018-ci ildə Ermənistanda hakimiyyətə gələnlərin əməllərinə siyasi-hüquqi qiymət verilməlidir".
"Armenian News" xəbər verir ki, bunu Ermənistan parlamentinin deputat Anna Mkrtçyan deyib.
“Mən həqiqətən ümid edirəm ki, Ermənistanda öz təbii kursuna qayıtdıqdan sonra formalaşacaq hökumət 2018-ci ildə baş verən bütün hadisələri və onların təşkilatçılarını, eləcə də onların kölgə oyuncaqlarını dəyərləndirmək üçün kifayət qədər siyasi iradəyə malik olacaq. 2018-ci ildə başlayan biabırçı səhifəni bağlamaq üçün Ermənistan Respublikasının bir yolu var və bu, məsuliyyətə cəlb etmək məntiqindədir”, - deyə deputat qeyd edib.