İtaliya Baş naziri Mario Draqinin Türkiyəyə səfəri başlayıb.
Türkiyə KİV xəbər verir ki, onu Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimlə qarşılayacaq.
Liderlərin təkbətək görüşündən sonra heyətlərarası müzakirələr keçiriləcək. Ardınca qarşıqlı sənədlərin imzalanacağı gözlənilir. Daha sonra liderlər birlikdə mətbuat konfransı keçirəcəklər.