Rusiya Federasiyasında ikinci dərəcəli qurğuşun istehsalı üzrə ən böyük zavod "Fregat" fəaliyyətini dayandırıb. 
Bu barədə  “Kommersant” məlumat yayıb.
Buna səbəb qurğuşun ixracı üçün lisenziyanın olmaması olub. Mayın ortalarından etibarən bu cür fəaliyyətlər üçün birdəfəlik lisenziyalar alınmalıdır, lakin indiyə qədər Rusiya Sənaye və Ticarət Nazirliyi heç bir lisenziya verməyib.
“Hələlik işin dayandırılması bir aya hesablanıb. Lisenziyalaşdırma ilə sonra nə baş verəcəyini görək. Biz satış bazarları axtaracağıq”, - şirkət bildirib.