Baş prokuror Artur Davtyan 44 günlük müharibədə həlak olan hərbçilərin yaxınlarını qəbul etməkdən imtina edib. O, imtinasını “hələ xəbər yoxdur, işin köçürülməsi ilə bağlı müzakirələr gedir” kimi əsaslandırıb.
Xəbər verdiyimiz kimi, 44 günlük müharibədə həlak olan hərbçilərin yaxınları prokurorluq qarşısında etiraz aksiyası keçiriblər. Onlar hazırda İstintaq Komitəsində baxılan 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan) maddəsi ilə cinayət işinin MTN-ə verilməsini tələb edirlər.
Artıq qohumlar bu tələbi iyunun 30-da keçirilən iclasda baş prokuror Artur Davtyana təqdim ediblər. Onlar həmçinin işin 299-cu maddə ilə yenidən tövsif edilməsini, Nikol Paşinyanın dindirilməsini və təqsirləndirilən şəxs qismində cəlb olunmasını tələb edirlər.
***
11:49
44 günlük müharibədə həlak olan erməni əsgərlərin valideynləri Ermənistan Baş Prokurorluğunun qarşısında toplaşaraq etiraz aksiyası keçirirlər. 
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, valideynlər müharibə işinin dərhal araşdırılmasını tələb edirlər. 
Xatırladaq ki, həlak olan hərbçilərin yaxınları iyunun 30-da baş prokuror Artur Davtyanla görüşüb və tələblərini bildiriblər.
Onlar həmçinin işin 299-cu maddə ilə açıq-aşkar dövlətə xəyanətlə araşdırılmasını, Nikol Paşinyanın dindirilməyə çağırılmasını və işə təqsirləndirilən şəxs qismində cəlb olunmasını tələb edirlər.