Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısesin mirası ilə bağlı məhkəmənin qərarı açıqlanıb. 
Məhkəmə qərarına əsasən, Tatlısesin mal-mülkünün varisi oğlu Ahmet Tatlıses olacaq. Bundan başqa, qərarda qeyd edilir ki, varis elan edilən Ahmet "malları satıla bilməz".
Sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olan xəbərə izləyicilər belə şərhlər yazıblar: "Yaxşı oldu, doğru qərar budur", "Sevgililərinə miras qoymağı düzgün olmazdı", bəziləri isə "Çox ayıb olub, o pulları İ.Tatlıses qazanıb".
Qeyd edək ki, bir müddət əvvəl İbrahim Tatlısesin "Başımdan vurulduğum gün oğlum (Ahmet Tatlısesi nəzərdə tutur-red.) kassaları yarmışdı" açıqlaması gündəmə bomba kimi düşmüşdü. //lent.az