Ötən gecə Fransanın cənubundakı Qard bölgəsində başlayan şiddətli yanğın bir neçə saatda 600 hektar ərazini məhv edib. 
"France 24" xəbər verir ki, yanğınla mübarizəyə təyyarələr və 900-dən çox yanğınsöndürən cəlb edilib.
Yanğınsöndürmə xidmətinin yüksək rütbəli üzvü Erik Aqrinier deyib ki, yanğının yaxın zamanda sönməsi gözləntisi yoxdur. 
Qeyd olunub ki, yanğın təhlükəsində olan yaşayış bölgələrində yaşayan insanlar təxliyə edilib. 
Güclü külək yanğının söndürülməsini çətinləşdirir.