Aİ ölkələrinin Nazirlər Şurası makromaliyyə yardımı paketindən Ukraynaya 1 milyard avroluq yeni kreditin ayrılması ilə bağlı razılığa gəlib. 
Bu barədə "Twitter"də Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis məlumat verib.
"Aİ Ukraynaya maliyyə dəstəyini gücləndirir: Aİ Nazirlər Şurası indicə 1 milyard avro krediti təsdiqləyib", - Dombrovskis yazıb.
Vəsaitlər təcili büdcə ehtiyaclarının ödənilməsinə yönəldiləcək.