ABŞ-ın 45-ci prezidenti Donald Trampın keçmiş köməkçisi Stiven Bennon ABŞ Konqresinə hörmətsizlikdə təqsirli bilinib.

Bu barədə "The Wall Street Journal” qəzeti məlumat yayıb.

Məlumata görə, məhkəmədəki andlı iclasçılar heyəti müəyyən edib ki, S.Bennon 2021-ci ilin yanvarında Konqresin binasına hücumu araşdırmaq üçün ABŞ Nümayəndələr Palatasının komitəsi tərəfindən verilən çağırışa məhəl qoymayıb. Çağırışda komitə ifadə və sənədlərin təqdim olunmasını istəyib.

Cəza daha sonra açıqlanacaq. S.Bennonu 30 gündən 1 ilə qədər həbs cəzası gözləyir.