Üç illik evlilikdən sonra Sergey Brin "barışmaz fikir ayrılıqlarını" əsas gətirərək həyat yoldaşı Nikol Şanaqandan boşanıb. Nəşrin yazdığına görə, bu, o, həyat yoldaşının Maskla qısa münasibətdə olduğunu biləndən sonra baş verib.
Jurnalın məlumatına görə, Mask və Şanaqan arasında eşq 2021-ci ilin dekabr ayında Mayamidə "Art Basel" incəsənət festivalında görüşdükdən sonra başlayıb. Bundan xəbərdar olan Brin Şanaqadan  ayrılıb. 
Bildirilir ki, Mask bu ilin əvvəlində Brindən üzr istəyərək “bağışlanmasını diləyib”. Və Brin onu bağışlayıb. 
KİV-də alan yer alan xəbərlərə görə, onlar yaxın dost olublar. 2008-ci ildə maliyyə böhranı zamanı Brin Maska  "Tesla"  üçün 500.000 dollar, 2015-ci ildə isə Mask "Google"un həmtəsisçisinə ilk elektrik avtomobillərindən birini hədiyyə edib.
Brin və Şanaqan 2018-ci ildə evləniblər və cütlüyün üç yaşında bir qızı var.