Ukraynanın 25-ci Əlahiddə hava-desant qüvvələri Donbas bölgəsində Rusiyanın zirehli “Su-25” qırıcısını vurub. 
“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə briqadanın feysbuk səhifəsində bildirilib.
Məlumata görə, Ukrayna qüvvələri Rusiyanın “Su-25”ni “İqla” zenit-raket kompleksi ilə məhv ediblər.
Qeyd edək ki, Rusiya Ukraynadakı müharibədə artıq 222 döyüş təyyarəsi itirib.