Əfqanıstanın paytaxtı Kabildə Taliban üzvləri ilə terror təşkilatı İŞİD yaraqlıları arasında şiddətli qarşıdurma baş verib.
Hadisə ilə bağlı şəxsi Tvitter hesabında açıqlama verən Taliban sözçüsü Zəbihullah Mücahid burada İŞİD-ın hücrəsinə əməliyyat keçirildiyini, 4 İŞİD terrorçusunun öldürüldüyünü, 1 terrorçunun isə ələ keçirildiyini bildirib.
İŞİD terrorçularının bu bölgədə intensiv şəkildə yaşayan və Məhərrəm ayı qeyd etmək üçün toplaşan şiələrə hücum etməyi planlaşdırdıqlarını bildirən Mücahid, əməliyyat nəticəsində çoxlu sayda silah-sursatın məhv edildiyini qeyd edib. 
Mücahid Taliban üzvləri ilə bağlı ölən və yaralananlar barədə məlumat paylaşmayıb.