ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində (ABŞ) dəhşətli yol qəzası baş verib.
Qəza yüksək sürətlə gələn sürücünün yoldakı avtomobillərlə toqquşması nəticəsində baş verib.
Qəzadan sonra hadisə yerinə çox sayda ilk yardım və polis qrupları cəlb olunub. Dəhşətli qəzada 5 nəfər ölüb, 8 nəfər yaralanıb
Yerli polisin sözlərinə görə, qəzada yaralananlardan 2-i böyük, 6-sı azyaşlıdır. Onlar bölgədəki xəstəxanalara yerləşdiriliblər. Səlahiyyətlilər qəzanın səbəbinin hələlik məlum olmadığını, hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildiriblər.