Yaponiyalı modelyer İssey Miyake 85 yaşında vəfat edib.
Bu barədə məşhur dizaynerin hələ 1970-ci ildə təsis etdiyi "Miyake" dizayn studiyasından məlumat verilib.
Lakin studiya təfərrüatları açıqlamayıb. Digər məlumatlara görə isə, İ.Miyake avqustun 5-də hepatoselülyar karsinoma səbəbindən dünyasını dəyişib.