"Çin Tayvanın işğalına hazırlaşmaq üçün hərbi təlimlər keçirir". 

Bunu Tayvan xarici işlər naziri Cosep Vu deyib. 

"Tayvanda ictimai mənəviyyatı zəiflətmək məqsədi ilə irimiqyaslı hərbi təlimlər və raket buraxılışları, həmçinin kiberhücumlar, dezinformasiya və iqtisadi zorlamalar həyata keçirir. Tayvanın, şübhəsiz ki, digər ölkələrlə əlaqələr saxlamaq, beynəlxalq ictimaiyyətdə iştirak etmək və töhfə vermək hüququ var. Tayvan xalqı da demokratik sistem vasitəsilə kollektiv iradələrini ifadə etmək hüququna malikdir", -  C. Vu bildirib.