Pakistanda hərbi kolona bombalı hücum edilib. 
Xarici KİV xəbər verir ki, Pakistanın Hayber Paxtunxva əyalətinin Mir Əli bölgəsində baş verən partlayış nəticəsində 4 əsgər həlak olub.
Pakistan Silahlı Qüvvələrinin mətbuat xidmətinin açıqlamasında əsgərlərinin qisasının terrorçulardan alınacağı və faktla bağlı araşdırmanın başlanıldığı qeyd olunub.