Böyük Britaniya və Danimarka Ukraynaya pul və silah şəklində yardımı artırdıqlarını bəyan ediblər.
"Reuters" xəbər verir ki, bu barədə Kopenhagendə keçirilən beynəlxalq donor konfransı zamanı bildirilib. 
Britaniya Ukraynaya 80 kilometrə qədər məsafədəki hədəfləri vura bilən çoxsaylı raket sistemlərinin əlavə tədarükünü elan edib.
Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, ölkəsi Ukraynaya maliyyə yardımını 110 milyon avro artırmağı planlaşdırır.