Ukrayna prezidenti Volodimir Zelenski qeyd edib ki, Rusiya Zaporojye AES-də tarixdə ən böyük radiasiya qəzasını törədə bilər.
UNIAN xəbər verir ki, o , bunu Skandinaviya ölkələrindən olan Ukraynanın müttəfiqlərinin konfransındakı çıxışında deyib .
"Əgər sovet hakimiyyəti Çernobıl fəlakətini və onun bütün nəticələrini gizlətməyə çalışıbsa, deməli, Rusiya hakimiyyəti daha həyasız və təhlükəlidir: onlar özləri nüvə fəlakəti riskini maksimuma çatdırmaq üçün hər şeyi edirlər. Və bütün dünyaya yalan danışırlar ki, guya başqası günahkardır”, - Zelenski bildirib.
O vurğulayıb ki, Avropanı bu təhlükədən qorumaq lazımdır:
"Və yəqin ki, təkcə Avropa deyil, çünki Ukraynadakı Zaporojye atom elektrik stansiyası bizim qitəmizdə ən böyük, dünyada üçüncü atom elektrik stansiyasıdır, hansı ki, altı enerji bloku var".
Zelenski əlavə edib ki, Rusiya ordusu bu atom elektrik stansiyasından terror və silahlı təxribatlar üçün istifadə edir:
"Biz əminik ki, Rusiyanın Ukrayna ərazisini vurduğu qanadlı raketlərin trayektoriyası təsadüfi Ukrayna AES-ləri üzərindən getmir. Bütün bunlar Rusiyanın nüvə terrorizminin təzahürləridir. Rusiya terrorçu dövlətə çevrilib və faktiki olaraq bu silahı saxlayır. Atom elektrik stansiyaları girovdur. Rusiya hər kəsi ehtimal olunan fəlakətlə şantaj edir. Rusiya Zaporijjya AES-də tarixdə ən böyük radiasiya qəzasını törədə bilər”.
O əlavə edib ki, faktiki nəticələr baxımından bu, Çernobıldan daha fəlakətli ola bilər və bu, nüvə zərbəsi olmadan Rusiyanın nüvə silahından istifadə etməsi ilə eynidir:
"Radiasiya daşıyan küləyi heç birimiz dayandıra bilmərik. Amma hamımız birlikdə terror dövlətinin qarşısını almağa qadirik. Və Rusiyanı nə qədər tez dayandırsaq, Avropa və dünya bir o qədər tez özünü təhlükəsiz hiss edə biləcək".